Yaponiya ABŞ-yə SM-6 raketlərinin birgə istehsalını təklif edib
sizinxeber.az xəbər saytı

Yaponiya ABŞ-yə SM-6 raketlərinin birgə istehsalını təklif edib


Yaponiya ABŞ-yə SM-6 idarə olunan zenit raketlərinin birgə istehsalı imkanlarını nəzərdən keçirməyi təklif edib.

"Sizinxeber.az"un məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Gen Nakatani Tokioda amerikalı həmkarı (Pentaqon rəhbəri) Pit Heqsətlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Biz AMRAAM raketlərinin birgə istehsalının mümkünlüyü ilə bağlı məsləhətləşmələri intensivləşdirməyə razılaşdıq. Mən həmçinin SM-6 raketlərinin birgə istehsalı imkanlarının nəzərdən keçirilməsini təklif etdim", - Nakatani bildirib. O, iki ölkənin müdafiə sektorları arasında, xüsusən də raket istehsalı sahəsində əməkdaşlığın son dərəcə vacib olduğuna əminliyini ifadə edib.

Qeyd edək ki, bu, Heqsetin Pentaqona rəhbər təyin edilməsindən sonra iki ölkənin müdafiə nazirləri arasında ilk üzbəüz danışıqlar idi.

Oxşar xəbərlər

Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb
Pentaqon “AMRAAM” raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
Yaponiya MN: “ABŞ-yə “Patriot” raketlərinin tədarükü ölkənin müdafiəsini zəiflətməməlidir”
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
ABŞ, Yaponiya və Avstraliya üçtərəfli müdafiə məsləhətləşmələri barədə razılığa gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle