"Bloomberg": "Tesla" şirkəti "Dojo" superkompüterləri üzərində işləməyi dayandırır
sizinxeber.az xəbər saytı

"Bloomberg": "Tesla" şirkəti "Dojo" superkompüterləri üzərində işləməyi dayandırır


Amerikanın elektrik avtomobil istehsalçısı "Tesla" şirkəti "Dojo" superkompüteri üzərində işləyən komandanı ləğv edir.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Məlumata görə, layihə rəhbəri Piter Bannon şirkəti tərk edəcək. Onun komandasının ən azı 20 üzvü işdən çıxıb, qalan işçilər isə digər "Tesla" layihələrinə köçürülüb.

Bundan sonra şirkət öz texnoloji tərəfdaşlarına, o cümlədən Amerikanın "Nvidia" və "Advanced Micro Devices" şirkətlərinə, həmçinin Cənubi Koreyanın "Samsung Electronics" şirkətinə etibar etməyi planlaşdırır.

Oxşar xəbərlər

"Bloomberg": "Tesla" şirkəti "Dojo" superkompüterində işləməyi dayandırır
Tesla öz avtomobillərinə Grok süni intellektini inteqrasiya edəcək
KİV: Tramp öz “Tesla”sını satmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər