Sviridenko: Ukrayna-ABŞ İnvestisiya Fondunun ilk iclası sentyabrda keçiriləcək
sizinxeber.az xəbər saytı

Sviridenko: Ukrayna-ABŞ İnvestisiya Fondunun ilk iclası sentyabrda keçiriləcək


“Yerin təki” sazişi çərçivəsində Ukrayna-ABŞ İnvestisiya Fondunun Direktorlar Şurasının ilk iclasının sentyabrda keçirilməsi planlaşdırılır.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko ABŞ-nin maliyyə naziri Skot Bessentlə söhbətindən sonra özünün teleqram kanalında məlumat verib.

"Biz ABŞ-Ukrayna İnvestisiya Fondunun fəaliyyətə başlamasını müzakirə etdik. Biz onun mandatını genişləndirməyə çalışırıq ki, fond müdafiə sektoruna da sərmayə yatıra bilsin. Direktorlar Şurasının ilk iclasının sentyabrda keçirilməsi planlaşdırılır. Məqsəd 18 ay ərzində ilk üç layihəni işə salmaqdır", - baş nazir yazıb.

Sviridenkonun sözlərinə görə, söhbət zamanı həmçinin müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi, Ukrayna pilotsuz təyyarələrinin istehsalı və satışı üzrə potensial müdafiə müqaviləsi, həmçinin Amerika silahlarının mümkün alışı müzakirə edilib.

Oxşar xəbərlər

Ukrayna və ABŞ birgə İnvestisiya Fondunun yaradılmasına dair sənədlər imzalayıblar
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
Şmıqal: Ukrayna və ABŞ arasında saziş layihəsi 10 illik investisiyaları nəzərdə tutur
Ukrayna BMT TŞ-nin fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər