Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır


ABŞ ordusu “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə təchiz olunmuş batalyonların sayını 15-dən 18-ə çatdırmaq, həmçinin Quamda ayrıca batalyon yaratmaq niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Defence News" ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusi olaraq Quam adasının mühafizəsi üçün nəzərdə tutulmuş yeni bölmə IBCS döyüş idarəetmə sistemi ilə inteqrasiya olunmuş təkmilləşdirilmiş LTAMDS radarları, həmçinin IFPC yaxın hava hücumundan müdafiə sistemləri ilə silahlanacaq.

Ordunun Baş Qərargah rəisinin müavini general Ceyms Minqus bölmələrin daha çevik və mərkəzləşdirilməmiş istifadəsi sayəsində ABŞ hava hücumundan müdafiə vasitələrinin döyüş imkanlarını əsaslı olaraq ikiqat artıracağını deyib.

Qeyd edilir ki, “Patriot” hava hücumundan müdafiə raket sistemləri ABŞ-nin qlobal raketdən müdafiə sisteminin əsas elementi olaraq qalır.

Oxşar xəbərlər

KİV: Pentaqon Kiyevə "Patriot" və "Stinger" raketlərinin tədarükünü dayandırıb
Rumıniya Ukraynaya “Patriot” verir
ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq
Bloomberg: Almaniya və ABŞ tezliklə Patriotun Ukraynaya tədarükü ilə bağlı müqavilə bağlaya bilər
WSJ Ukraynada “F-16” qəzasının yeni təfərrüatlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər