Tramp: ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb
Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb.
"Report"un məlumatına görə, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.
“Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.
Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.
Oxşar xəbərlər
Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir
Dmitri Medvedev: Tramp yeni Kennedi ola bilər
Çinin Hərbi Dəniz Qüvvələrinin ən yeni nüvə sualtı qayığı körpüdə batıb
Tramp Medvedevin sözlərinə görə regiona iki atom sualtı qayığı göndərməyə qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













