İsrail Starmerin Fələstini tanımaq planlarına dair iddiasını rədd edib
İsrail Böyük Britaniyanın baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı açıqlamasını rədd edib.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Böyük Britaniyanın baş nazirinin bəyanatını rədd edir. Fransanın hərəkətləri və daxili siyasi təzyiqlərdən sonra Britaniya hökumətinin mövqeyinin dəyişməsi indi HƏMAS üçün mükafatdır. Bu, Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması səylərinə zərər verir", - rəsmi açıqlamada bildirilib.
Bundan əvvəl Starmer bildirmişdi ki, İsrail Qəzza zolağına humanitar yardımın daşınmasına mane olmağa davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, Böyük Britaniya BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanımağa hazırdır.
Oxşar xəbərlər
İsrail Britaniyanın Fələstin dövlətini tanımaq planlarına dair bəyanatını rədd edib
İsrail Qəzzada əməliyyatları davam etdirərsə, Britaniya Fələstin dövlətini tanıyacaq
ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü rədd edib
Böyük Britaniya Fələstini tanıya bilər
KİV: İsrail girovların əvəzində Qəzzada beşillik atəşkəs ideyasını rədd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
