Böyük Britaniya Fələstini tanıya bilər
Böyük Britaniya Qəzza zolağında atəşkəs əldə edildikdən sonra Fələstin dövlətini tanıya bilər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer X sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.
"Ən yaxın müttəfiqlərimizlə birlikdə mən müharibə nəticəsində əziyyət çəkənlərin həyatını dəyişəcək praktik həllərə diqqət yetirərək regionda sülhün bərqərar olması üçün strategiya üzərində işləyirəm. Bu strategiya çox lazımlı atəşkəsi uzunmüddətli sülhə çevirmək üçün lazım olan konkret addımları əhatə edəcək. Fələstin dövlətinin tanınması bu addımlardan biri olmalıdır. Bu məsələdə mövqeyim birmənalıdır", - deyə hökumət başçısı bildirib.
Eyni zamanda, Starmer əlavə edib ki, Fələstinin tanınması "iki dövlət prinsipinə, fələstinlilər və israillilər üçün uzunmüddətli təhlükəsizliyə əsaslanan" Fələstin-İsrail münaqişəsinin "son nəticədə həllinə gətirib çıxaracaq daha geniş planın bir hissəsi olmalıdır".
Fələstin dövlətinin tanınması bəndi 2024-cü ilin iyulunda ümumi seçkilərdə qələbə qazanaraq hakimiyyətə qayıdan Böyük Britaniyanın Leyborist Partiyasının seçki proqramında yer alıb. Eyni zamanda, bunun nə vaxt baş verə biləcəyi göstərilməyib. Starmer bundan əvvəl deyib ki, London Fələstini "münasib vaxtda" tanıyacaq.
Oxşar xəbərlər
KİV: Tramp Səudiyyə Ərəbistanındakı sammitdə Fələstinin müstəqilliyini tanıya bilər
Almaniya Fələstin dövlətini tanımağı planlaşdırmır
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
