İsrail Qəzzada əməliyyatları davam etdirərsə, Britaniya Fələstin dövlətini tanıyacaq
İsrail humanitar yardımın Qəzza zolağına çatdırılmasına mane olmağa və hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, Böyük Britaniya BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
“Biz sülh prosesinin həyata keçirilməsinə sadiqliyimizi qoruyuruq. İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyəti dayandırmaq və uzunmüddətli, dayanıqlı sülhə nail olmaq istiqamətində ciddi addımlar atmasa, biz sentyabrda, BMT Baş Assambleyasının sessiyasından öncə, Fələstin dövlətini tanıyacağıq”, – deyə bəyanatda deyilir.
London dərhal atəşkəsin elan edilməsini, qətliamın dayandırılmasını və eyni zamanda HAMAS tərəfindən saxlanılan girovların azad olunmasını tələb edir.
Oxşar xəbərlər
İsrail Britaniyanın Fələstin dövlətini tanımaq planlarına dair bəyanatını rədd edib
Fransa Fələstin dövlətini rəsmən tanıyacaq
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır
Makron: Fransa sentyabrda Fələstini tanıyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
