KİV: İsrail girovların əvəzində Qəzzada beşillik atəşkəs ideyasını rədd edib
İsrail radikallar tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.
“Report” xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti İsrailin siyasi sistemindəki mənbəyə istinadən məlumat yayıb.
Aprelin 27-də radikal “HƏMAS” hərəkatındakı mənbələr bildiriblər ki, təşkilatın Doha və Qahirədəki nümayəndə heyəti beş illik atəşkəs ideyası da daxil olmaqla Qəzzada hərbi əməliyyatlara son qoymaq üçün ümumi baxış təqdim edib.
Bu müddət ərzində hərəkatın təklifinə əsasən, İsrail ordusunun Qəzzadan tam çıxarılması həyata keçirilməli, sektorun bərpasına başlanılmalı, eyni zamanda anklavın blokadası götürülməlidir.
Eyni zamanda “HƏMAS” nümayəndə heyəti təşkilatın tərksilah edilməsi məsələsini müzakirə etməkdən imtina edib.
İsrail tərəfinin son məlumatına görə, HƏMAS və müttəfiqləri Qəzza zolağında 59 girovu saxlamağa davam edir.
Oxşar xəbərlər
KİV: HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir
HƏMAS İd əl-Fitr bayramında atəşkəs üçün bir neçə girovu azad edəcək
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
