Niderlandın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
sizinxeber.az xəbər saytı

Niderlandın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb


İsrail xarici işlər naziri Gideon Saar Niderlandın ölkədəki səfiri Marriet Şurmanı çağırıb.

Bu barədə “Report” “Times of İsrael”ə istinadən xəbər verir.

Bildirilib ki, diplomata hökumətin son qərarları ilə bağlı etiraz bildiriləcək.

"Söhbət Niderland hökumətinin İsrailə qarşı tədbirlər görmək qərarları fonunda baş tutacaq", - G.Saarın ofisindən bildirilib.

Ötən gün Niderland İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben Qvirə ölkəyə giriş qadağası qoyub.

Niderland Xarici İşlər Nazirliyi həmçinin İsrail səfiri Modi Efraimi Qəzza sektorundakı vəziyyəti qınamaq üçün çağıracaq.

Oxşar xəbərlər

İsrail səfiri Niderland XİN-ə çağırılıb
Niderland İsrailin iki nazirini “persona non-grata” elan edib
Niderland Aİ-ni Gürcüstanla vizasız səyahət rejimini dayandırmağa çağırıb
Britaniya İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edib
Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər