Niderland İsrailin iki nazirini “persona non-grata” elan edib
Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Betsalel Smotriçi “persona non-grata” elan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli NOS kanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən məlumat yayıb.
Bildirilib ki, onların Niderlanda girişləri qadağan edilib.
Sənədə görə, B.Smotriç və İ.Ben-Qvir qanunsuz məskənlərin genişləndirilməsini israrlı şəkildə müdafiə edib və Qəzza zolağında etnik təmizləməyə çağırıblar.
Bundan əlavə, Niderland Xarici İşlər Nazirliyi İsrail səfirini çağıraraq "İsraili kursunu dəyişməyə və beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməyə çağırmaq" niyyətindədir.
Oxşar xəbərlər
İsrail BMT-nin baş katibini “persona non-grata” elan edib
Hollandiya İsrailin iki nazirini “arzuolunmaz şəxs” elan edib
Sloveniya iki israilli naziri “persona non qrata” elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
