Salonikidə yaşayış binasında güclü partlayış olub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Salonikidə yaşayış binasında güclü partlayış olub, xəsarət alanlar var


Yunanıstanın Saloniki şəhərində çoxmənzilli binanın girişi yaxınlığında baş verən güclü partlayış nəticəsində iki nəfər yüngül xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “ERT News” ictimai televiziyasının portalı məlumat yayıb.

Polis terror aktı versiyasını araşdırır, çünki həmin binada Ümumyunanıstan İslah Müəssisələri İşçiləri Federasiyasının sədri və Diavata həbsxanasının mühafizə rəisi yaşayır.

"Şənbə günü səhər saat 2:10-da yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib. Nəticədə iki nəfər şüşə qırıqlarından xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisəyə partlayıcı qurğunun partlaması səbəb olub", - polis qeyd edib.

Partlayış nəticəsində yaşayış binasına və qonşu binalara, avtomobillərə və mağazalara ziyan dəyib.

Oxşar xəbərlər

Moskvada yaşayış kompleksində baş verən hadisənin səbəbi bəlli olub - YENİLƏNİB
Mahaçqalada yaşayış binasında güclü partlayış olub - VİDEO
Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Başqırdıstanda çoxmənzilli binada partlayış baş verib, yaralananlar var
Rusiyada qaz sızması nəticəsində binada partlayış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər