Ukraynada antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı KM-yə müraciət edəcək
sizinxeber.az xəbər saytı

Ukraynada antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı KM-yə müraciət edəcək


Ukrayna Ali Radasının hakim partiya istisna olmaqla digər partiyalarla olan deputatları antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət etməyə hazırlaşır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı müraciətə səbəb ölkədə cəmiyyət bir qrupundan olan narazılıq əsas göstərilib.

Deputatlar bununla bağlı KM-ə təqdimat hazırlayır. Minimum 45 deputatın imzası ilə təqdimat ünvanlanacaq.

Qeyd edək ki, iyulun 22-də Ali Radanın hakim partiyadan olan deputatları tərəfindən Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyini itirməsi kütləvi etirazlara səbəb olub
Zelenski: Antikorrupsiya infrastrukturu "Rusiyanın təsiri olmadan" işləyəcək
Ermənistanın Antikorrupsiya Komitəsi bir sıra dövlət qurumlarında yoxlamalar aparacaq
Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər