Türkiyə nümayəndə heyəti Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Türkiyə nümayəndə heyəti də iştirak edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RİA Novosti” adı açıqlanmayan türkiyəli rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, nümayəndə heyətinin tərkibində, ehtimal ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alacaq.
“Böyük ehtimalla Türkiyə nümayəndə heyətinin tərkibi əvvəlki danışıqlarda olduğu kimi olacaq: Türkiyə diplomatiyasının, kəşfiyyatının rəhbərlərinin və hərbi idarənin yüksək rütbəli nümayəndəsinin iştirakı ilə”, - mənbə söyləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların üçüncü raundunun iyulun 23-də baş tutacağını bildirib. Hakan Fidan Moskva ilə Kiyev arasında Türkiyə platformasında görüşün bu həftə baş tutacağını söyləyib. Kreml görüşün dəqiq tarixini daha sonra açıqlayacağına söz verib.
Xatırladaq ki, bundan əvvəlki iki raund mayın 16-da və iyunun 2-də İstanbulda keçirilib. Görüşlərdə Hakan Fidan iştirak edib. Görüşlərin yekununda Rusiya və Ukrayna nümayəndə heyətləri hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsinə dair razılığa gəliblər, həmçinin atəşkəs şərtlərini əks etdirən memorandumları bir-birinə veriblər.
Oxşar xəbərlər
Rubio: ABŞ nümayəndəsi İstanbulda Rusiya və Ukrayna danışıqlarında iştirak edəcək
Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş yerindədirlər - YENİLƏNİB
Zelenski: Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək
Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
