Qəzzada humanitar yardım almaq istəyən 900-ə yaxın fələstinli ölüb
İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində azı 116 nəfər həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ABŞ-nin idarə etdiyi Qəzza Humanitar Fondunun paylama məntəqələrində ərzaq yardımı almağı gözləyən 38 nəfər ölüb.
Beynəlxalq təşkilatların məlumatına görə, may ayının sonlarından bu günə kimi Qəzzada humanitar yardıma almaq istəyən 900-ə yaxın insan həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, anklavdakı xəstəxanalardakı təcili yardım otaqları görünməmiş sayda ac insanla dolub. Belə ki, Qəzzada 17 min uşaq ağır qida çatışmazlığından əziyyət çəkir.
Oxşar xəbərlər
Al Jazeera: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
İsrailin Qəzzaya hücumları nəticəsində 116 fələstinli həyatını itirib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 70-dən çox fələstinli həlak olub
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub
İsrailin hücumları nəticəsində Qəzzada son sutkada azı 29 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
