Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib


Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib.

“Report” xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov bildirib.

"Biz görüşün ayın sonunadək, iyunun 20-dən 30-dək keçirilməsini təklif etdik. Rusiya ilə növbəti görüş yalnız liderlər səviyyəsində hazırlıq olduğu təqdirdə məna kəsb edəcək. Ayın sonuna qədər cavab gözləyirik. Biz həmçinin biz həlak olmuş 6 min əsgərin meyitinin qaytarılması barədə razılaşdıq", - o, "Rada" telekanalının yayımladığı mətbuat konfransında bildirib.

Umеrov mübadilənin tarixi və digər təfərrüatları barədə məlumat verməyib.

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Tərəflər iki ölkənin liderlərinin görüşünün təşkili, əsir mübadiləsi və atəşkəslə bağlı məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüş keçirməyi təklif edib
İstanbulda Rusiya - Ukrayna danışıqları başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər