İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir
İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ağ Evdə ABŞ prezidenti Donald Tramp Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə görüşündə deyib.
Onun sözlərinə görə, Vaşinqton İranla danışıqlara hazırdır:
“Biz tələsmirik, çünki razılaşma əldə oluna biləcəyi barədə bəyanat vermişdik. Razılaşmalı idilər, sonra biz onları bir neçə ərazisini bombaladıq. Bütün hallarda onlar danışıqlar aparmaq istəyirlərsə, biz onlara hazırıq”.
Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası təşəbbüsünün Tehrandan gəlməsini gözləyir.
“Top onların meydançasındadır və o (ABŞ prezidenti Donald Tramp - red) onlardan (İran -red) danışıqlara başlamalarını gözləyir, çünki bu, onların maraqlarına uyğundur”.
Axios çərşənbə axşamı mənbələrə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək.
Oxşar xəbərlər
Tramp: İran nüvə proqramı üzrə danışıqları bərpa etmək istəyir
Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir
ABŞ prezidenti İranın nüvə probleminin diplomatik yolla həllini axtarır
Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

