İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddə druzlara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB
İsrail Müdafiə Qüvvələri (IDF) Suriya ilə sərhədi qanunsuz keçməyə çalışan druzlara qarşı gözyaşardıcı qaz tətbiq edir.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, hərbçilər nümayişləri dağıtmaq üçün nəzərdə tutulan vasitələrdən istifadə edərək vəziyyəti nəzarətə götürməyə çalışırlar.
Nəşrin məlumatına görə, onlarla mülki druz Suriya ordusunun hücumlarından zərər çəkmiş soydaşlarına kömək etmək üçün bu ölkəyə getmək məqsədilə sərhəd maneəsini yarmağa çalışır.
İsrail Müdafiə Ordusu (IDF) yeni eskalasiya dalğası ilə əlaqədar Suriya sərhədinə daha çox qoşun cəmləşdirir.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qüvvələrin tərkibinə sərhəd polisinin dörd rotası daxildir.
Qeyd olunub ki, bu addım Suriyanın cənubunda əsasən druzların yaşadığı Əs-Süveyda şəhərində baş verən qanlı toqquşmalar fonunda, həmçinin İsraildə yaşayan druzların etiraz əlaməti olaraq qısa müddətə Suriya sərhədini keçməsindən sonra atılıb.
"İsrail Müdafiə Ordusu İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə və hücum əməliyyatlarını davam etdirəcək", - hərbçilər əlavə ediblər.
Öz növbəsində, “The Times of Israel” qəzeti xəbər verir ki, İsraildən olan onlarla druz Suriya ərazisinə keçərək, ölkə qoşunlarının etnik azlığa qarşı törətdiyi qırğına etiraz ediblər.
Oxşar xəbərlər
İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB-2
İsraildə Suriyaya zərbələr endirilməsinə hazırlıqlara başlanması əmr edilib
İsrail Ordusu Suriya ilə sərhəd divarını gücləndirir
İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
