Aİ-nin maliyyə inkişafı proqramında Ukraynaya 88 milyard avro yardım nəzərdə tutula bilər
sizinxeber.az xəbər saytı

Aİ-nin maliyyə inkişafı proqramında Ukraynaya 88 milyard avro yardım nəzərdə tutula bilər


Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün gələcək Çoxillik maliyyə inkişafı proqramına Ukraynaya 88 milyard avro məbləğində yardım daxil edilə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Politico” nəşri sənəd layihəsinə istinadən məlumat yayıb.

Bundan əlavə, "Qlobal Avropa" yardım proqramına 190 milyard avro, Avropa Rəqabətlilik Fondunun proqramına isə 522 milyard avro məbləğində vəsaitin ayrılması planlaşdırılır.

Qeyd olunub ki, yeni büdcə "daha çevik" olacaq, bu isə Aİ-nin böhranlara daha tez reaksiya verməsinə imkan yaradacaq.

Bundan başqa, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa Komissiyasının gəlirlərinin artırılması üçün yeni tədbirlər təklif etmək niyyətindədir. Qəzetin məlumatına görə, xüsusilə, tütün məmulatlarına və dövriyyəsi 50 milyon avrodan çox olan şirkətlərə əlavə vergilər tətbiq ediləcək.

Oxşar xəbərlər

Aİ-nin büdcə layihəsinə Ukrayna üçün 100 milyard avro daxil edilib
Aİ ölkələri bu il Ukraynaya 21 milyard avro hərbi yardım etmək niyyətindədir
Aİ-nin büdcə layihəsinə Ukraynaya görə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib
Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir
Avropa Ukraynaya 1 milyard avro yardım ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər