Çin və ASEAN yenilənmiş azad ticarət sazişini oktyabrda təqdim edəcək
Çin və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) oktyabr ayında üzv ölkələrin liderlərinə azad ticarət sazişinin yenilənmiş variantını təqdim edəcəklər.
“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.
“Çin və ASEAN oktyabr ayında liderlərin təsdiqi üçün azad ticarət sahələrini təkmilləşdirmək haqqında pakt təqdim etməyə razılaşıb”, - o deyib.
Nazir həmçinin bildirib ki, hər iki tərəf Cənubi Çin dənizində davranış kodeksi, Pekinin və bir neçə ASEAN üzvünün üst-üstə düşən dəniz iddialarının olduğu regionda mübahisələrin həllinə yönəlmiş təlimatlar toplusu üzrə məsləhətləşmələri gələn il başa çatdırmağı hədəfləyib.
“Çin və ASEAN həm də gələcək illərdə iki tərəf arasında 40-dan çox sahədə əməkdaşlığı əks etdirən beşillik fəaliyyət planı haqqında razılığa gəlib”, - o vurğulayıb.
Oxşar xəbərlər
ASEAN artan qlobal ticarət gərginliyindən narahatlıq ifadə edib
“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub olub
ASEAN Parlament Assambleyasının üzvü: Parlament seçkilərində səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb
Braziliya Prezidenti: ABŞ əvəzinə başqa tərəfdaşlar tapacağıq
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













