ABŞ KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib


ABŞ kibercinayətkarlıqla mübarizə çərçivəsində Rusiya və KXDR-dən olan iki vətəndaşa və bu iki ölkədə yerləşən dörd şirkətə qarşı sanksiyalar tətbiq edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, KXDR vətəndaşı “Andariel” haker qrupu ilə əlaqəlidir, qeyri-qanuni olaraq İT mütəxəssislərini işə götürmək və ABŞ Maliyyə Nazirliyinin kompüter sistemlərini sındırmaq cəhdlərində iştirak edir. Rusiya vətəndaşı və siyahıda olan dörd şirkət, ABŞ administrasiyasına görə, KXDR hökumətinə gəlir əldə etmək üçün İT işçilərinin işə götürülməsində də iştirak edib. ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, əldə edilən gəlir Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raketlərin yaradılması proqramlarına sponsorluq etmək üçün istifadə oluna bilərdi.

Oxşar xəbərlər

ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq edib
ABŞ İrandan olan bir şəxs və beş şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ "Hizbullah"ı dəstəkləyən üç şəxsə və beş şirkətə sanksiya tətbiq edib
Cənubi Koreya ballistik raketə görə KXDR-ə yeni sanksiyalar tətbiq edəcək
KİV: KXDR və Rusiya birgə PUA istehsalına başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər