Yaponiya hökuməti sakinlərə güclü zəlzələ ilə bağlı xəbərdarlıq edib
Yaponiya hökuməti ada dövlətin sakinlərinə yaxın illərdə dağıdıcı meqa zəlzələ ehtimalının yüksək olacağı barədə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə "The Asahi Shimbun" məlumat yayıb.
Məlumata görə, söhbət Nankay qırılma zonasında (Yaponiya sahillərində Avrasiya və Filippin plitələrinin qovuşduğu, okeanın dibində xəndək əmələ gətirən ərazi) 8-9 maqnituda gücündə mümkün təkanlardan gedir.
İlkin hesablamalara görə, seysmik aktivlik nəticəsində yaranan sunami dalğaları 20 metr və daha çox hündürlüyə çata bilər. Bu halda ölənlərin sayı təxminən üç yüz min nəfərə çata və iki milyondan çox bina tamamilə məhv ola bilər.
Mütəxəssislərin fikrincə, yaxın 30 il ərzində belə kataklizmin baş vermə ehtimalı təxminən 80 % təşkil edir. Bununla əlaqədar Yaponiya hökuməti bələdiyyələrə əhalinin və infrastrukturun mühafizəsi tədbirlərinin həyata keçirilməsinə başlamağı tapşırıb.
Son illər seysmoloqlar bu cür hadisələrin hər 100-150 ildə bir dəfə baş verdiyi Nankay qırağında qaçılmaz meqazəlzələnin mümkünlüyü ilə bağlı narahatlıqlarını daha çox dilə gətirirlər. Ən güclü yeraltı təkanların mərkəzi Honsü adalarının cənub sahillərində, həmçinin Şikoku və Küsü adasının şərq sahillərində hiss olunacağı gözlənilir.
Oxşar xəbərlər
Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB
Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ olub
Yaponiya sahillərində güclü zəlzələdən sonra sunami baş verib
Filippin sahillərində güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
