Ukrayna təbii ehtiyatlar haqqında məlumatların məxfiliyini ləğv edir
Ukrayna sovet dövründən qalan kritik minerallar da daxil olmaqla müəyyən faydalı qazıntıların siyahısı ilə bağlı məxfiliyi ləğv edir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk "Hökumət və Biznes Forumu: Dialoqdan Tərəfdaşlığa" konfransında bildirib.
"Qrif ləğv olundu. Biz indi bütün bürokratik prosedurları tamamlayırıq ki, investorlarla və bizneslərlə maneə olmadan tam işləməyə davam edə bilək", - o söyləyib.
Qrinçuk qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının köməyi ilə geoloji məlumatların rəqəmsallaşdırılması istiqamətində də fəal iş aparılır, çünki onun böyük bir hissəsi kağız formasındadır: "Hazırda biz bu layihəni genişləndirmək üçün DFC ilə əlavə danışıqlar aparırıq. Altı min geoloji hesabatı rəqəmsallaşdırmışıq. Bir həftə əvvəl ikinci mərhələ üzrə saziş imzalanıb və yaxın gələcəkdə geoloji məlumatı əks etdirən növbəti 60 min kitab rəqəmsallaşdırılacaq".
O, həmçinin xatırladıb ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə bu cür mineral ehtiyatların milli siyahıları Əhəmiyyətli Xammallar haqqında Avropa Aktı, ABŞ Müdafiə İstehsalı Aktı və Prezident Trampın Sərəncamında müəyyən edilmiş strateji və kritik xammal siyahıları əsasında formalaşdırılıb: "Biz həmçinin faydalı qazıntıların siyahılarını hazırlamışıq, onlar üzrə əməliyyatlar hərraclar və ya hasilatın pay bölgüsü sazişləri vasitəsilə həyata keçiriləcək. Mən, həqiqətən, ümid edirəm ki, yaxın iki həftə ərzində hökumətdən bu çox vacib sənədlərlə bağlı qərar alacağıq".
Oxşar xəbərlər
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
Ukrayna Radasına 8 nazir vəzifəsinə namizədlər təqdim olunub
Ukraynalı nazir: Minatəmizləmədəki yardıma görə Azərbaycana minnətdarıq
“AzerGold” ölkəmizdə ilk dəfə Geoloji kəşfiyyat informasiya sistemi yaradıb
Ukraynanın ətraf mühit naziri COP29-un yekunlarından yazıb: Dolğun və mürəkkəb oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








