Aİ-nin 2030-cu ilə qədər müdafiə və təhlükəsizlik strategiyası təsdiqlənib
Avropa İttifaqı (Aİ) liderləri 2030-cu il hədəfləri çərçivəsində Avropanın müdafiəsini gücləndirmək və bununla bağlı məsuliyyəti öz üzərinə götürmək məqsədini təsdiqləyiblər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçirilən iclasının yekun kommünikesində deyilir.
Sözügedən məsələ Aİ üçün “ekzistensial çağırış” kimi təsvir edilib.
Bildirilib ki, Avropa hərtərəfli yanaşmadan istifadə edərək, mövcud və potensial təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etmək üçün daha yaxşı təchiz olunmalıdır.
Sənəd NATO-nun Haaqa sammitindən sonra qəbul edilən qərarda olduğu kimi, Avropanın müdafiə və təhlükəsizliyinə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılmasını, daha effektiv birgə investisiyaları nəzərdə tutur.
Qeyd edilir ki, Aİ-nin bütün quru, hava və dəniz sərhədlərinin müdafiəsi bütövlükdə Avropanın təhlükəsizliyinə töhfə verir, xüsusən də Avropa Komissiyası və ali nümayəndəyə hərbi mobilliyi gücləndirmək üçün əlavə təkliflər təqdim etmək tapşırılıb.
Qeyd edək ki, oktyabrda keçiriləcək növbəti iclasda qəbul edilmiş qərarlar üzrə işlərin gedişinə baxış keçiriləcək.
Oxşar xəbərlər
Ursula fon der Lyayen: Avropa İttifaqı öz təhlükəsizliyinə investisiyaları artırmalıdır
Yunanıstanın Baş naziri: Avropanın müdafiə potensialı gücləndirilməlidir
Aİ AK-nin Avropanın hərbiləşdirilməsi planını razılaşdırıb
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
