Çinin BMT-dəki nümayəndəsi: Yaxın Şərqdə sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil
sizinxeber.az xəbər saytı

Çinin BMT-dəki nümayəndəsi: Yaxın Şərqdə sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil


Çinin BMT-dəki daimi nümayəndəsi Fu Çun Yaxın Şərqdə sülhün güc yolu ilə əldə edilə bilməyəcəyinə və İranın nüvə proqramı məsələsinin hələ də diplomatik yollarla həll oluna biləcəyinə əminliyini ifadə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

“Yaxın Şərqdə sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil. Dialoq və danışıqlar mövcud vəziyyətdən çıxış yolu üçün əsasdır. İranın nüvə probleminin həlli üçün diplomatik üsullar hələ tükənməyib və hələ də sülh yolu ilə həllinə ümid var”, - deyə o bildirib.

Oxşar xəbərlər

ABŞ prezidenti İranın nüvə probleminin diplomatik yolla həllini axtarır
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
Qrossi: ABŞ və İran arasında nüvə sazişi Yaxın Şərqdə sülhə kömək edəcək
BMT-nin baş katibi İsrail, İran və ABŞ-yə çağırış edib
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər