Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib
Roma Papası XIV Leo bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
“Bu gün Papa Roma pontifikatı çərçivəsində Ukrayna Respublikasının Prezidenti cənab Volodimir Zelenskini qəbul edəcək,” – 18 may tarixli rəsmi qəbul cədvəlində bildirilir.
Ukrayna lideri ilə yanaşı, Papa XIV Leo həmin gün Peru Prezidenti Dina Boluarte ilə də görüşəcək. ABŞ-da doğulan pontifik həm Amerika, həm də Peru vətəndaşlığına malikdir.
Volodimir Zelenski və Dina Boluarte bu gün Vatikanın yeni Papasının taxta çıxma mərasimində iştirak etmək üçün digər dünya liderləri ilə birlikdə Vatikana gəliblər. Rusiyanın nümayəndə heyətinə isə Vatikandakı səfir İvan Soltanovski rəhbərlik edir.
Oxşar xəbərlər
Roma Papası Zelenskini qəbul edəcək
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Papa XIV Leonun taxta çıxacağı tarix məlum olub
Roma Papasının dəfn mərasimi keçirilir
Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
