Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq
sizinxeber.az xəbər saytı

Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə faydalı qazıntılar sahəsində əməkdaşlığa dair sazişin bərabərhüquqlu olduğunu və yaxın vaxtlarda ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim ediləcəyini bildirib.

APA "Unian"a istinadən xəbər verir ki, Zelenski bunu axşam video-müraciətində deyib.

“Razılaşma əldə olunub, imzalanıb və ratifikasiya üçün Ali Radaya göndəriləcək. Biz maraqlıyıq ki, bu sənədlə bağlı heç bir yubadılma olmasın”, – ölkə lideri qeyd edib.

Dövlət başçısı saziş üzərində çalışan hökumət komandasını təqdir edib və qeyd edib ki, sənəd hazırlanma prosesində əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, indi bu, doğrudan da bərabərhüquqlu bir razılaşmadır və Ukraynaya mühüm investisiyaların cəlb olunmasına, eləcə də ölkədə istehsalat sahələrinin ciddi şəkildə modernləşdirilməsinə imkan yaradır.

Oxşar xəbərlər

Zelenski minerallara dair sazişin detallarını açıqlayıb
Zelenski: Ukrayna və ABŞ aprelin 17-də yeraltı sərvətlərlə bağlı memorandum imzalaya bilər
Zelenski Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski bu gün Ali Radaya Qələbə Planını təqdim edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər