Vitse-spiker: Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var
Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində maraqlı bir ölkə olaraq regionda təhlükəsizliyi təmin etmək potensialı var.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.
"Yeni seçilmiş prezident Bakıya və İrəvana səfər etdi, nümayəndə heyəti müəyyən məsələləri müzakirə etdi o cümlədən Gürcüstanın neytral oyunçu, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və problemlərin həllində maraqlı ölkə kimi təhlükəsizliyi təmin etmək potensialı bir daha vurğulandı ki, bu da xüsusilə vacibdir”, - Volski deyib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Ermənistana ilk rəsmi səfərə gedib. Kavelaşvilinin Ermənistan prezidenti, baş naziri və katolikosu ilə görüşləri planlaşdırılıb.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin vitse-spikeri: 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıyıq
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb - YENİLƏNİB
Boçorişvili: Azərbaycan-Gürcüstan-Ermənistan görüşü region üçün vacib olan məsələlərin müzakirəsi üçün yaxşı imkandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













