Ukraynada qəzaya uğrayan F-16 qırıcısının Rusiyadan buraxılan raketlə vurulduğu bildirilir
sizinxeber.az xəbər saytı

Ukraynada qəzaya uğrayan F-16 qırıcısının Rusiyadan buraxılan raketlə vurulduğu bildirilir


Ukraynada qəzaya uğrayan F-16 qırıcısının Rusiya tərəfindən buraxılmış raketlə vurulduğu bildirilir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "BBC News" agentliyi Ukraynadakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya təyyarəyə ümumilikdə üç raket atıb.

“Bunlar yerüstü S-400 zenit-raket kompleksinə aid idarəolunan raket və ya havadan-havaya R-37 tipli raketlər ola bilər”.

BBC-nin həmsöhbəti ehtimal olunan “dost atəşi” versiyasını tam istisna edib. Onun sözlərinə görə, pilot Pavel İvanovun döyüş tapşırığı yerinə yetirdiyi ərazidə Ukrayna Hava Hücumundan Müdafiə sistemləri fəaliyyət göstərməyib.

Qeyd edək ki, bu gün 26 yaşlı Pavel İvanov F-16 təyyarəsində döyüş tapşırığını yerinə yetirərkən vurulub.

Oxşar xəbərlər

Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO
Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub
"Hizbullah" İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket atıb
Ağ Ev: Əlamətlər Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya raketi ilə vurulduğunu təsdiqləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle