Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər aşkarlanıb
sizinxeber.az xəbər saytı

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər aşkarlanıb


Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrindən birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənəd tapılıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, yoldan keçən şəxslərdən biri yerdə kağızla dolu torbanın olduğunu və bu kağızların Müdafiə Nazirliyinə aid məxfi sənədlər olduğunu görüb.

Sənədlərdə Britaniya hərbçilərinin adları və əlaqə nömrələri, habelə onlara təhkim olunan silahlarla bağlı məlumatlar olub. Bəzi sənədlərdə isə "məxfi" yazısı qeyd olunub.

Böyük Britaniya Müdafiə Nazirliyi martın baş vermiş insidentin təcili olaraq araşdırıldığını açıqlayıb.

Nazirlik aşkarlanmış sənədlərin idarənin nümayəndələrinə təhvil verildiyini təsdiqləsə də, əlavə məlumat verməyib.

Oxşar xəbərlər

Britaniyada məxfi hərbi sənədlər zibil qutusundan tapılıb
Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd açıqlanıb
Bloomberg: NATO məxfi məlumatları Aİ və müdafiə sənayesi nümayəndələrinə ötürməyi planlaşdırır
KİV: İsrail hərbçiləri SEPAH-ın Suriyadakı silah anbarına basqın edib, ərazidən çox sayda məxfi sənəd götürülüb
Britaniya XİN və MN rəhbərləri Qətərə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle