Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd açıqlanıb
sizinxeber.az xəbər saytı

Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd açıqlanıb



Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənədi dərc edib.


APA-nın məlumatına görə, sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında elektron şəkildə yayımlanıb.


ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, daha əvvəl məxfi saxlanılan sənədlərin tam şəkildə ictimaiyyətə təqdim olunmasına göstəriş verilib.


Milli Kəşfiyyat Direktorunun Ofisi bildirib ki, bu sənədlər əvvəlki məxfi qeydlərin redaktəsiz versiyasıdır. Bununla yanaşı, məhkəmə möhürü ilə qorunan və ya böyük münsiflər heyətinə aid bəzi materiallar məxfi olaraq qalır.


Mütəxəssislər yeni açıqlanan sənədlərin Kennedinin qətli ilə bağlı əsaslı bir yenilik ortaya çıxarmayacağını düşünürlər.


ABŞ-ın 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. O, avtomobildə açıq kortejlə hərəkət edərkən atəşə tutulub. Prezidentin ölümünə səbəb baş və boyun nahiyəsindən aldığı güllə yaraları olub.

Oxşar xəbərlər

KİV: FTB Kennedinin qətli ilə bağlı 2,4 min gizli yazışma aşkarlayıb
Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik sənəd açıqlanacaq
ABŞ Məxfi Xidməti reklam çarxına 2 milyon dollar xərcləyib
Tramp Kennedi və Martin Lüter Kinqin qətlinə dair sənədlərin ictimailəşdirilməsinə qərar verib
Tramp ABŞ-də tezliklə deportasiya əməliyyatına başlayacağını vəd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər