Zelenski: Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq
“Ukrayna Vaşinqtondan gələn hərbi yardımı borc kimi tanımayacaq.”
Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlaması zamanı deyib.
"European Pravda" qəzeti əlində olan sənədin surətinə istinadən yazıb ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın məbləği 120 milyard dolları keçə bilər.
Zelenski isə məsələ ilə bağlı açıqlaması zamanı Ukraynanın ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini aldığını deyib. Onun sözlərinə görə bu, əvvəlki sazişdən tamamilə fərqli bir sənəddir. Daha sonra Ukraynanın ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağını vurğulayan Zelenski sözlərinə belə davame dib: “Biz dəstəyə görə minnətdarıq. Lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”.
Oxşar xəbərlər
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski: "Ukrayna ABŞ-dan 350 yox, 100 milyard dollar alıb, bu isə borc yox, qrantdır"
Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək
Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













