CHP-li deputatlar TBMM-də etiraz aksiyası keçiriblər
sizinxeber.az xəbər saytı

CHP-li deputatlar TBMM-də etiraz aksiyası keçiriblər


Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Halk Partiyasından (CHP) olan deputatlar etiraz aksiyası keçiriblər.

Sizinxeber.az-nın “CNNTürk”ə istinadən verdiyi məlumata görə, CHP-nin parlament qrupunun sədr müavini Əli Mahir Başarır cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edərək, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.

"Təəssüflə bildirirəm ki, bu gün səhər saatlarında 20 maşından ibarət polis karvanı İstanbul Böyükşəhər Bələdiyyəsi sədrimizin evinə gəlib. Vəkillərimiz və deputatlar evə girə bilmədi. O dəqiqədən sonra şəhərin Avropa tərəfindəki metrolar ləğv edildi, internet zəiflədi. Bu əməliyyatların bu gün həyata keçirilməsinə təəssüflənirəm”.

Başarır baş verənləri “ dövlət çevrilişi” ilə eyniləşdirib.

Onun çıxışı zamanı CHP-nin digər millət vəkilləri də kürsüyə çıxıb.

CHP-li millət vəkilləri “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarları səsləndiriblər.

DEM Partiyasının millət vəkilləri də ayağa qalxaraq CHP-lilərə dəstək veriblər.

TBMM sədrinin müavini Sırrı Süreyya Öndər iclasa 20 dəqiqəlik fasilə verib. Lakin fasilədən sonra da CHP-nin deputatları tribunanı tərk etmədikləri üçün iclas sabaha qədər təxirə salınıb.

Oxşar xəbərlər

Türkiyə parlamentində dava düşüb, deputatlar yumruqlaşıblar
İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu ləğv edib
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər