sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sibiqa: Ukrayna atəşkəslə bağlı işçi qrupu yaratmağa hazırdır
Ukrayna atəşkəsin həyata keçirilməsinə hazırlıqla məşğul olacaq işçi qrupu yaratmağa hazırdır.
APA Ukraynanın "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında deyib.
"Biz Rusiya tərəfinin mövqeyini gözləyirik. ABŞ tərəfi onlarla əlaqə saxlayacaq. Biz öz tərəfimizdən bu atəşkəsə necə nail olacağına dair yol xəritəsini hazırlayacaq müvafiq qrup yaratmağa hazırıq", - o deyib.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklifini dəstəkləyib və qəbul edib.
Oxşar xəbərlər
Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
Zelenski: ABŞ Rusiyanı atəşkəs təklifini qəbul etməyə inandırmalıdır
Türkiyə və Ukrayna XİN rəhbərləri görüşüb
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













