Gürcüstan Türkmənistandan enerji resursları almaq niyyətindədir
Gürcüstan Türkmənistandan enerji resursları almaq niyyətindədir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Sərdar Berdimuhəmmədovla görüşdən sonra gürcü jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın Türkmənistana enerji ixracında yardım təklif etdiyini qeyd edib.
“Biz Türkmənistana enerji resurslarının tranziti baxımından çox konkret yardım təklif edə bilərik. Bundan əlavə, Türkmənistandan enerji resursları almaqda da maraqlıyıq. Bizim bu məsələlərlə bağlı çox maraqlı söhbətlərimiz oldu və hesab edirəm ki, imzalanmış sazişlər əsasında yaxın gələcəkdə münasibətlərimizdə çox konkret irəliləyiş əldə edəcəyik”, - İrakli Kobaxidze bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür
XİN rəhbəri: Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır
Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













