Aİ Ukraynaya 20 mlrd. avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır
sizinxeber.az xəbər saytı

Aİ Ukraynaya 20 mlrd. avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır


Avropa İttifaqının Ukraynaya yeni hərbi yardım paketi hazırlaması mühüm maneələrlə üzləşib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Politico” yazı dərc edib.

Qeyd edilib ki, Aİ Macarıstanın etirazına görə Kiyevə 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır.

Bundan əvvəl, Aİ səfirlərinin görüşündə Macarıstan Ukrayna ilə bağlı Aİ-nin Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım paketini ehtiva edən mətn layihəsini bloklayıb.

Aİ dövlət və hökumət başçıları martın 6-da keçiriləcək fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın təfərrüatlarını və həcmini müəyyənləşdirməyi planlaşdırır. Ali Nümayəndə Kaya Kallas Aİ liderlərinin yeni yardımı təsdiqləyəcəyinə dair nikbin olduğunu bildirib.

Oxşar xəbərlər

Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
KİV: Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
Litva Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Aİ Ukraynaya yeni hərbi yardım paketi üzərində işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle