Macarıstan Aİ sammitində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını dəstəkləməyəcək
sizinxeber.az xəbər saytı

Macarıstan Aİ sammitində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını dəstəkləməyəcək


Macarıstan Aİ xarici işlər nazirlərinin fevralın 24-də Brüsseldə keçiriləcək iclasında Rusiyaya qarşı fərdi sanksiyaların altı ay müddətinə uzadılması qərarını dəstəkləməyəcək, Macarıstan hesab edir ki, bu, Rusiya və ABŞ arasında Ukraynaya dair danışıqlarına mane ola bilər.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “M1” telekanalına müsahibəsində deyib.

“Hesab edirəm ki, Rusiya-Amerika danışıqlarının başlaması və uğurlu olması üçün indi bizə vaxt lazımdır. Biz Brüsseldə bu danışıqlarda çətinlik yarada biləcək heç bir qərarın qəbuluna imkan verməyəcəyik”, - nazir qeyd edib.

Oxşar xəbərlər

Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir
Aİ Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb - YENİLƏNİB
Macarıstan XİN Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi üçün şərti açıqlayıb
Siyarto ABŞ-də Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib
Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər