İsveçrə Qvardiyası Papanın dəfn mərasiminə hazırlıqla bağlı şayiələri təkzib edir
sizinxeber.az xəbər saytı

İsveçrə Qvardiyası Papanın dəfn mərasiminə hazırlıqla bağlı şayiələri təkzib edir


Vatikanda xidmət edən İsveçrə Qvardiyasının sözçüsü Papa Fransiskin dəfn mərasiminə hazırlıqla bağlı daha əvvəl yayılan şayiələri təkzib edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə çərşənbə günü İsveçrənin Blick qəzeti məlumat yayıb.

Daha əvvəl nəşr mühafizəçilərin artıq dəfn mərasiminə aktiv hazırlıqlara başladığını, mühafizəçilərə qarşı komendant saatı tətbiq edildiyini yazıb.

Lakin sonradan Vatikanın hərbi sözçüsü bu iddianı təkzib edib. Vatikan rəsmisi iddialarla bağlı danışarkən “Biz normal fəaliyyətimizə davam edirik”, - deyib.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-dən xəstəxanadadır. Ona tam istirahət etmək əmri verilib: onunla bağlı bütün tədbirlər həftənin sonuna qədər ləğv edilib.

Oxşar xəbərlər

Papa Fransisk xristian ölkə liderlərinə müraciət edib
Papa Fransisk Qəzzayla bağlı çağırış edib
Kreml BRICS-də “parçalanma” ilə bağlı şayiələri təkzib edib
Zaxarova: "Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir
Fransa hicaba görə idmançını Olimpiya Oyunlarının açılış mərasiminə buraxmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər