Zelenski Ukraynada ABŞ və Avropa ölkələri ordularının yerləşdirilməsini təklif edib
sizinxeber.az xəbər saytı

Zelenski Ukraynada ABŞ və Avropa ölkələri ordularının yerləşdirilməsini təklif edib


“Buna çox inamım yoxdur, amma əgər Putin müharibəni bitirmək istəyirsə, hər şeydən əvvəl əsirlərin mübadiləsi baş tutmalıdır”.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, ikinci məsələnin isə Ukraynanın hansı tərəflərdən təhlükəsizliyinə dair zəmanət ala biləcəyinin bəlli edilməli olduğunu qeyd edib.

Zelenski Rusiya ordusu və işğalından qorxmadıqlarını, lakin təhlükəsizlik zəmanətinin daha çox insanın ölməməsi üçün vacib olduğunu vurğulayıb.

Bundan əlavə, Ukrayna lideri ABŞ və bəzi Avropa ölkələrinin Ukraynanın NATO-ya daxil olmasına qarşı olduqlarını, lazım olan dəstəyi ala bilmədiklərini də əlavə edərək, bu halda Ukraynada ABŞ və Avropa ölkələrinin ordularının yerləşdirilməsini təklif edib.

Oxşar xəbərlər

Ərdoğan Zelenski ilə görüşüb
Ərdoğan: Türkiyə Rusiya-ABŞ danışıqları üçün ideal ev sahibi ola bilər
Zelenski: Rusiya-ABŞ danışıqları sürpriz oldu, bunu mətbuatdan öyrəndik
Zelenski sabah Türkiyəyə səfər edəcək
Zelenski: Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər