Zelenski: Rusiya-ABŞ danışıqları sürpriz oldu, bunu mətbuatdan öyrəndik
sizinxeber.az xəbər saytı

Zelenski: Rusiya-ABŞ danışıqları sürpriz oldu, bunu mətbuatdan öyrəndik


Müharibənin bitməsi üçün danışıqları Ukraynasız keçirmək mümkünsüzdür.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, Ər-Riyadda Rusiya ilə ABŞ arasında baş tutan danışıqların gözlənilməz olduğunu qeyd edib: “Bu bizim üçün sürpriz oldu, məncə bir çox insan üçün sürpriz oldu. Biz bu görüşün keçiriləcəyini mətbuatdan öyrəndik”.

Zelenski müharibənin ədalətli şərtlər əsasında bitməsini istədiyini də vurğulayıb.

Bundan əlavə, Ukrayna lideri Türkiyə tərəfinə ölkəsinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək üçün təşəkkür edib.

Oxşar xəbərlər

Ərdoğan Zelenski ilə görüşüb
Ərdoğan: Türkiyə Rusiya-ABŞ danışıqları üçün ideal ev sahibi ola bilər
Zelenski sabah Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle