Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 76 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 76 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3


Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Sizinxeber.az "NTV"-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, yanğınla əlaqədar 9 nəfər saxlanılıb.

***

16:20

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 66 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.

***

09:54

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

32 nəfərin isə yaralandığı qeyd edilib.

Yanğının söndürülməsi davam etdirilir.

***

09:11

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı altı nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

31 nəfərin isə yaralandığı qeyd edilib.

***

08:59

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.

Sizinxeber.az NTV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

Vəfat edənlərdən ikisi hündürlükdən atladıqları üçün ölüb.

Oxşar xəbərlər

Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 66 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2
Türkiyədə xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 10 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-1
Türkiyədə xizəkçilik mərkəzində yanğınla əlaqədar 4 nəfər saxlanılıb
Türkiyədə hoteldə yanğın baş verib, 66 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB-2
Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər