Son iki həftədə Tbilisidə hökumət əleyhinə aksiyalarda 15 Rusiya vətəndaşı saxlanılıb
Noyabrın 28-dən dekabrın 9-dək Tbilisidə hökumət əleyhinə aksiyalarda 15 Rusiya vətəndaşı saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məlumatı İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsi yayıb.
“Dekabrın 10-na olan məlumata görə, saxlanılanlardan ikisi hələ də müvəqqəti saxlama təcridxanasında inzibati həbsdədir. Saxlanılanlardan biri 24 saat, 7 nəfər isə 48 saat sonra sərbəst buraxılıb. Saxlanılan 7 nəfərin işi məhkəməyə göndərilib, onlardan 4-ü məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Saxlanılanlar arasında iki nəfərə 10, bir nəfərə 13 sutka müddətinə inzibati həbs cəzası verilib. Onlara verilən cəzanın bitmə tarixləri müvafiq olaraq dekabrın 10, 11 və 13-dür” - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə ötən gecə keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalifətin etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











