Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - YENİLƏNİB


Tbilisidə Gürcüstan Parlamentinin binası yaxınlığında, Çiçinadze və Çitadze küçələrində xüsusi təyinatlılar səfərbər olunub, xüsusi texnika yerləşdirilib.

APA xəbər verir ki, bu haqda Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Polis Azadlıq meydanında barrikada qurub və meydana xüsusi zirehli texnika, həmçinin su şırnağı texnikası yerləşdirilib.

Polis əməkdaşlarının metronun “Azadlıq meydanı” stansiyasında iki nəfəri həbs etdiyi bildirilir.

Rustaveli prospektində etiraz aksiyası davam edir.

***

21:35

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

Oxşar xəbərlər

Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament binasının yerləşdiyi ərazi mitinq iştirakçılarından təmizlənib - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda mitinq iştirakçıları parlament binasından uzaqlaşdırılıb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə keçirilən etiraz aksiyası hələlik başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər