Tbilisidə keçirilən etiraz aksiyası bitib - FOTO - VİDEO - YENİLƏNİB
Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb.
APA xəbər verir ki, müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.
Aksiyada iştirak edən müxalifət tərəfdarları da meydanı boşaltmağa başlayıblar.
***
19:35
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.
Zurabişvili parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Tribunada çıxış edən Prezident Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib.
"Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz", - Zurabişvili etirazçılara müraciətlə deyib.
Oxşar xəbərlər
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir - FOTO
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
-
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
DÇ-2026: İsveç Tunislə matçda fasiləyə üstün yollanır - YENİLƏNİR-4
