ABŞ Prezidenti Donald Tramp “Apple”ın sabiq baş direktoru Tim Kukun “Nvidia” şirkətinin yeni rəhbəri olmasını istəyir.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Fantastik işlər görmüş “Nvidia”nın baş direktoru Censen Huanq istefa verdiyinə görə onun yerini tuta biləcək yalnız bir nəfər var – “Apple”dan Tim Kuk. Bir əfsanəni digəri əvəz edir!”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Censen Huanq nikahdankənar münasibətləri və həmin qadının Çin kəşfiyyatı ilə mümkün əlaqələri barədə iddiaların gündəmə gəlməsindən sonra “Nvidia”nın baş direktoru vəzifəsindən istefa verib.
Xatırladaq ki, 66 yaşlı Tim Kuk 2011-ci ildən 2026-cı ilin sentyabrınadək “Apple”ın baş direktoru olub. Hazırda o, şirkətin Direktorlar Şurasının icraçı sədridir. “Apple”ın baş direktoru vəzifəsini isə Con Ternus icra edir.