Ukrayna Prezident Aparatının rəhbəri: Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmuruq
sizinxeber.az xəbər saytı

Ukrayna Prezident Aparatının rəhbəri: Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmuruq


“Ukrayna Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmur, çünki əmindir ki, heç bir Amerika lideri Rusiyanın müharibədə qələbəsinə töhfə verməyəcək”. APA xəbər verir ki, bunu İtaliyanın “Corriere Della Sera” nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andriy Ermak deyib.

“Biz qorxmuruq, demək olar ki, üç il davam edən müharibədən sonra, əlbəttə ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizim tərəfimizdədir" - Ermak bildirib.

O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı hazırkı prezident Co Bayden, eləcə də prezidentliyə namizəd Kamala Harrislə isti söhbətlər edib. Ermak eyni zamanda vurğulayıb ki, Trampla da söhbət “çox yaxşı” keçib.

“Mən orada idim, təfərrüat vermirəm, görüşlər bağlı qapılar arxasında idi. Amma deyə bilərəm ki, biz ABŞ-dan əminliklə qayıtdıq ki, heç bir namizəd Putinin bu müharibədə qalib gəlməsinə imkan vermək istəmir və hərbi dəstək davam edəcək”, - deyə Prezident Aparatının rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

Tramp Zelenski ilə görüşməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər