Zelenski: Bütün dünya Krım uğrunda mübarizədə Ukraynanın yanındadır
“Bütün dünya ümumi amalımız olan Krım uğrunda mübarizədə Ukraynanın yanındadır”.
APA-nın “Unian”a istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatarlarının üzləşdiyi faciənin xatirəsinə həsr olunan kompleksin açılışında deyib.
O bildirib ki, Krımın yenidən Ukraynanın tərkibinə qaytarılması ilə ədalət bərpa olunacaq.
“Krım təkcə ərazi yox, həm də bizim qəlbimizin bir parçası, eləcə də eyni dil, mədəniyyət və ənənələrə malik insanların sülh, o cümlədən harmoniya içərisində yaşadığı torpaqdır. Biz təkcə Krımın geri qaytarılması deyil, ədalətin bərpası və bu bölgənin sakinlərinin öz evlərinə qayıtmaq hüququ uğrunda mübarizə aparırıq”, – Zelenski qeyd edib.
Oxşar xəbərlər
Zelenski Kulebanın istefasına aydınlıq gətirib
Zelenski İtaliyanın Baş naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
