Kobaxidze: Radikal müxalifət seçkidən sonra iğtişaş törətməyi müzakirə edir
“Bizdə radikal müxalifətin ictimaiyyət arasında təşviş yaratmaq məqsədilə seçkidən sonra ölkədə kütləvi iğtişaşlar törətməklə bağlı müzakirələr apardığı barədə məlumatlar var”.
APA-nın “Interpressnews” portalına istinadən xəbərinə görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
O həmçinin ölkədə sabitliyi pozmağa yönələcək addımların ən sərt şəkildə cəzalandırılacağını bildirib:
“Radikal müxalifətin qələbə şansı yoxdur. Onların seçki nəticələrini tanımayacağı artıq indidən məlumdur. Buna görə də hesab edirlər ki, nəticələr elan olunduqdan sonra ölkədə hakimiyyətin xalqın iradəsinə zidd olaraq dəyişdirilməsi labüddür. Bu niyyətdə olan istənilən siyasi qüvvənin aktivliyinin qarşısı qanun çərçivəsində alınacaq. Bəyan edirik ki, heç bir təxribat cəhdi cavabsız qalmayacaq, bütün cinayətkarlar cəzalandırılacaq. Seçki öncəsi sabitlik ölkədə sabitliyin qorunmasının vacib şərtidir. Biz radikalların təxribatlarına yol verməməli, onları ümidləndirməməliyik”.
Oxşar xəbərlər
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
