Zelenski: Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər
“Rusiya ölkəmizin ərazisinə yüzlərlə raket və “Shahed” pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücum edib. Xarkovdan Odessaya və Qərb regionlarına zərbələr zamanı dinc sakinlər arasında ölən və yaralananlar var”.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Teleqram” kanalı vasitəsilə müraciətində deyib. Onun sözlərinə görə, hazırda ölkənin energetika sektoruna dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.
V. Zelenski deyib ki, indiki məqamda ordunun silah-sursatla bağlı təchizatında məhdudiyyət olmamalıdır: "Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər. Rusiya özünə məxsus olan bütün növ silahlardan bizə qarşı istifadə etdiyi bir məqamda hərbçilərimiz təchizatla bağlı qadağalarla üzləşməməlidir. Onların balansında “Shahed” pilotsuz uçuş aparatları, eləcə də Şimali Koreyadan gətirdikləri ballistik raketlər var. ABŞ, Böyük Britaniya, Fransa və digər tərəfdaşlar bizə bu terroru dayandırmaqda dəstək olmalıdırlar”.
Oxşar xəbərlər
Zelenski: Kursk istiqamətindəki mövqelərimiz möhkəmləndirilir
Zelenski: Ukrayna raket və PUA istehsalını artıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
