KİV: Ukrayna ordusu Kursk vilayətində mühüm yaşayış məntəqəsi uğrunda döyüşə başlayır
sizinxeber.az xəbər saytı

KİV: Ukrayna ordusu Kursk vilayətində mühüm yaşayış məntəqəsi uğrunda döyüşə başlayır


“Ukrayna ordusu Kurskdakı vacib yaşayış məntəqəsi uğrunda mübarizəyə başlayır”.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Bild” nəşrinin yazısında bildirilir.

Qeyd olunur ki, artıq Rusiyanın Kurska hücum məqsədilə istifadə edə biləcəyi əsas yaşayış məntəqəsi olan Korenevo qəsəbəsi Ukrayna hərbçilərinin nəzarətindədir. Nəşrin analitiklərindən Yulian Röpke yazır ki, sözügedən ərazinin itirilməsi Rusiyanın mövqeyinə Sudjadan daha kəskin təsir edəcək:

“Bu halda Ukrayna ordusuna məğlub olmaq Rusiyanın hərbi rəhbərliyi üçün utancverici hal sayılacaq”, – o belə deyib.

Röpke əlavə edib ki, ağır döyüşlərdən sonra çeçenlərdən ibarət hərbi birləşmənin nəzarətində olan Sudjanın şimal-şərqində yerləşən Martınovka kəndi də ukraynalıların nəzarətinə keçib.

Analitiklərin fikrincə, Rusiya Çasovoy-Yardakı qoşunlarını Ukraynadan çıxararaq, Kurska istiqamətləndirib: “Ukrayna ordusunun Kurskda müvəffəqiyyət qazanması üçün 2,6 kilometrlik məsafə qalıb. Əgər "Qluşkovsk" əməliyyatı uğurlu olsa, 3000-dən çox Rusiya hərbçisi mühasirəyə düşəcək”.

Oxşar xəbərlər

KİV: Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hücum əməliyatlarını davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN: Rusiyanın Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyilik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi ölüb, 100-dən çoxu yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər